Tramp silah lisenziyasından MƏHRUM EDİLİRbackend

Tramp silah lisenziyasından MƏHRUM EDİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin keçmiş prezidenti Donald Tramp silah lisenziyasından məhrum edilə bilər.

interpress.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilir ki, Donald Tramp silah lisenziyasından məhrum ediləcək.

“Polis Trampa verilmiş silah lisenziyasını ləğv etmək niyyətindədir”, – nəşr qeyd edib.

Qeyd olunur ki, keçmiş prezidentin lisenziyası ötən il aprelin 1-dən dayandırılıb. Bu, Trampa qarşı ittiham irəli sürüldükdən sonra baş verib.

O, iki tapançanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verib.

Trampın məhkum edilməsindən sonra keçmiş prezidentin odlu silaha sahib olması və istifadəsi müəyyən ştat və ya federal qanunları poza bilər.

Xuraman Etibarlı

İnterpress.az