Trampın yenidən ABŞ prezidenti seçilməsi Avropa üçün təhlükədirbackend

Trampın yenidən ABŞ prezidenti seçilməsi Avropa üçün təhlükədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən prezident seçilməsinin Avropa üçün “təhdid” yarada biləcəyini bildirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. France 2-də qonaq olan Laqard Trampın yenidən seçilmə ehtimalını belə qiymətləndirib.

Laqard şərh edib ki, Trampın 4 illik hakimiyyətdə etdiyi hərəkətlərdən dərs alınsa, onun yenidən prezident seçilməsi Avropa üçün təhlükə yarada bilər.

ECB sədri deyib: “Gömrük tariflərinə, NATO-ya xidmət öhdəliyinə və iqlim dəyişikliyi ilə mübarizəyə baxmaq kifayətdir. Təkcə bu 3 sahədə belə tarixən ABŞ-ın maraqları Avropanın maraqları ilə üst-üstə düşməyib”