Trüdonun siyasətini “dəli” adlandıran müxalifət lideri parlamentdən QOVULDU – FOTObackend

Trüdonun siyasətini “dəli” adlandıran müxalifət lideri parlamentdən QOVULDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trüdonun siyasətini dəli adlandıran müxalifət lideri parlamentdən qovulub.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Kanadanın müxalif Mühafizəkarlar Partiyasının lideri Pierre Poilievre debat zamanı baş nazir Castin Trüdonun siyasətini dəlilik adlandırdırıb.

Bundan o, sonra parlament iclasını tərk etmək məcburiyyətində qalıb.

“Bu dəli baş nazirin bu sərsəm siyasətinə nə vaxt son qoyacağıq?” – Poilievre toplaşanlara müraciət edib.

Parlamentin spikeri Qreq Ferqus parlamentin divarları arasında siyasətçinin bu cür şərhlərini qəbuledilməz adlandırıb. O, iclasın protokollarında əks olunmaması üçün “dəli” sözünün başqa sözlə əvəz edilməsini istəyib.

Poilievre onu “radikal” və ya “ekstremist” sözləri ilə əvəz etməyə razılaşıb.

Bundan sonra Ferqus sonuncudan zalı tərk etməsini istəyib. Kanada Mühafizəkarlar Partiyasının bütün üzvləri Poilievre ilə birlikdə iclası tərk etdilər.

Qeyd edək ki, parlamentin spikeri Ferqus Trüdonun rəhbərlik etdiyi Kanadanın hakim Liberal Partiyasının üzvüdür.

Xuraman Etibarlı

İnterpress.az