Türkiyə dünyanın ilk lazer silahlı dronunu sınaqdan keçirdibackend

Türkiyə dünyanın ilk lazer silahlı dronunu sınaqdan keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin dünyada ilk lazer silahlı dronu 500, 300 və 100 metr məsafədən uğurla atəş açıb. Dron partlayıcı qurğuları uzaqdan məhv edə bilir.

InterPress.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Eren” adlanan dronun maksimal uçuş hündürlüyü 3 min metrdir.

Dron Türkiyə Təhlükəsizlik Baş İdarəsinin məhkəmə ekspertizası şöbəsinin koordinasiyası ilə TBTAK və ASSGUARD müdafiə şirkətləri tərəfindən hazırlanıb. Bütün sınaq mərhələləri başa çatdıqdan sonra dron ölkənin silahlı qüvvələrinə təhvil veriləcək.