Türkiyə iqtisadiyyatının bu il 2,5 faiz artacağı təxmin edilir.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Moody’s ABŞ, Hindistan və Rusiya iqtisadiyyatları və ümumilikdə G20 üçün bu il üçün artım proqnozlarında yuxarıya doğru revizion etsə də, Avrozona, Almaniya, Səudiyyə Ərəbistanı və Argentina üçün gözləntilərini aşağı salıb.
Kredit reytinqi agentliyinin hesabatında Türkiyə iqtisadiyyatının bu il 2,5 faiz, gələn il isə 3 faiz böyüməsi gözlənildiyi qeyd edilib.