Türkiyə MN antiterror əməliyyatları bölgəsində ağıllı telefonlardan istifadəni yasaqlayıbbackend

Türkiyə MN antiterror əməliyyatları bölgəsində ağıllı telefonlardan istifadəni yasaqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Milli Müdafiə Nazirliyi antiterror əməliyyatlarının keçirildiyi bölgələrdə hərbçilərin ağıllı telefonlardan istifadə etməsinə qadağa qoyub.

İnterpress.az-ın xəbərinə görə, bu barədə nazirliyin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

O bildirib ki, bu barədə müvafiq əmr verilib: “Əməliyyat bölgələrində ağıllı və kameralı telefondan istifadə qadağan edilib. Həmçinin şəxsi heyətə bu tipli cihazlardan istifadənin mənfi təsirləri ilə bağlı təlim keçirilib. Bu qaydanı pozan hərbçilər haqqında ağır cəzalar nəzərdə tutulub”.