“Qardaş Azərbaycanın hər qəsəbəsində və kəndində bir şəhid qəbri başında, eyni zamanda məhəllənin birində bir şəhidin əziz xatirəsinə ucaldılan bir abidə başında, Azərbaycan və Türkiyə bayraqları yan-yana dalğalanır”.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı sosial mediada paylaşım edib.
“1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Bakıda vətən üçün çiyinə-çiyinə savaşıb şəhid olan və yan-yana dəfn edilən şəhidlərimizin qardaşlığının əbədi müddət yaşaması üçün ehtiramla yad edirik”, – o deyib