Türkiyə vətəndaşları üçün Egeydəki Yunan adalarına 7 günlük vizasız səyahətbackend

Türkiyə vətəndaşları üçün Egeydəki Yunan adalarına 7 günlük vizasız səyahət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın baş naziri Kiryakos Mitsotakis prezident Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında danışıb. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Türkiyə vətəndaşlarının il boyu 7 gün müddətinə vizadan azad edilərək Egeydəki Yunan adalarını ziyarət etmə azadlığı müzakirə edilib. İkitərəfli görüşdən sonra təşkil edilən birgə mətbuat şərhində çıxış edən Mitsotakis bildirib ki, Ərdoğanın 6 ildən sonra Afinaya səfəri iki tərəfin münasibətlərində yeni yaradıcı yollar axtardığını göstərib.

Mitsotakis bu 6 illik müddət ərzində epidemiyalar, Avropada müharibə və böyük təbii fəlakətlər kimi bir çox problemlərin yaşandığını, narahatedici regional qarşıdurmaların da yaşandığını bildirib.

İkitərəfli münasibətlərdə vaxtaşırı dalğalanmalar olduğuna diqqət çəkən Mitsotakis, iki ölkənin son aylarda sakit bir prosesdə irəliləməsinin əhəmiyyətinə diqqət çəkib:

“Yunanıstan və Türkiyə sülh içində yaşamaq məcburiyyətindədirlər. Aralarında olan fikir ayrılıqlarını səmimi şəkildə müzakirə edəcəklər və daim həll yolları axtaracaqlar. Bu fikir ayrılıqlarında yaxınlaşma olmasa belə, gərginlik də olmamalıdır”.