Türkiyə XİN İsraillə BƏƏ arasında diplomatik əlaqələrin qurulmasına münasibət bildiribbackend

Türkiyə XİN İsraillə BƏƏ arasında diplomatik əlaqələrin qurulmasına münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsraillə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik əlaqələrin qurulması ilə bağlı bəyanat yayıb.

İnterpress.az-ın xəbərinə görə, XİN-in bəyanatında bildirilib ki, Türkiyə bununla bağlı Fələstin xalqı və hakimiyyəti tərəfindən göstərilən sərt reaksiyanı haqlı sayır.

“BƏƏ-nin həqiqəti əks etdirməyən və ABŞ planını reallaşdırmaq istədiyi bu davranış Fələstin xalqının iradəsinin əleyhinədir. BƏƏ-nin İsraillə anlaşaraq Fələstin əleyhinə qərar verməsini qınayırıq. Bu xəyanəti tarix unutmayacaq və bölgə xalqları bağışlamayacaq”, – deyə bəyanatda qeyd olunub. 

 

İnterpress.az