Türkiyənin Şimali Mərmərə avtomobil yolunda 3 avtobus, 1 TIR və 7 minik avtomobili toqquşub.
İnterpress.az “TRTHaber”ə istinadən xəbər verir ki, qəza nəticəsində 10 nəfər ölüb, 54 nəfər yaralanıb.
Qəzaya dumanlı-çiskinli hava şəraitinin səbəb olduğu bildirilib.
Məlumata görə, Mərmərə yolunda İstanbul istiqamətində hərəkət dayandırılıb.
Sakarya valisi Yaşar Karadəniz qəza nəticəsində 10 nəfərin öldüyünü, 54 nəfərin yaralandığını təsdiqləyib.