Türkiyədə gəmi sahilə çırpılıbbackend

Türkiyədə gəmi sahilə çırpılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İzmir şəhərinin sularında Konak-Bostanlı bərəsi kapitanın qəfil xəstəliyi səbəbindən marşrutdan çıxaraq sahilə çırpılıb.

Bu barədə interpress.az yerli mediaya istinadən xəbər verir.

Gəmi sahilə çırpılarkən sərnişinlər arasında böyük çaxnaşma yaşanıb.

Hadisə axşam saatlarında baş verib.

Konak-Bostanlı bərəsinin kapitanı Karşıyakadan sərnişinləri götürdükdən sonra qəflətən pisləşib və bu arada gəmi kursdan çıxıb.

Konak körpüsü yaxınlığında üzən “Mustafa Günay” adlı sərnişin gəmisi bu sırada quruya çırpılıb.

İçəridə olan 80 sərnişin böyük çaxnaşmaya düşüb, əraziyə çoxlu qruplar göndərilib.

Gəmi zədələnsə də, sərnişinlərdən xəsarət alan olmayıb.

Sərnişinlərin başqa gəmiyə köçürüldüyü öyrənilərkən, gəmini xilas etmək üçün işlər davam edir.