Bursa şəhərinin Osmanqazi rayonunda yeni salınacaq böyük parka şəhid general Polad Həşimovun adı veriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar Tovuz döyüşlərində şəhid olmuş general Polad Həşimovun adının əbədiləşdirilməsi üçün bu addımı atacaqlarını deyib.
Bələdiyyə sədri qeyd edib ki, Ermənistanın 30 illik işğalı tezliklə bitəcək: “Bu hücumlara Azərbaycan Ordusu öz güclü cavabını verir və bu haqlı savaşda ciddi nəticələr əldə edilib. Azərbaycan torpaqlarının bu işğaldan tamamilə xilas olması üçün dua edirik. Azərbaycana Türkiyə başda olmaqla bir çox ölkədən mənəvi dəstək var. Biz də rayonumuzda bir çox tikililərə Azərbaycan bayrağını asaraq öz dəstəyimizi göstəririk. Bu dəstəklərdən biri də yeni salınacaq böyük parka general Polad Həşimovun adını verməkdir. Artıq bununla bağlı aidiyyəti qurumlara müraciət etmişik”.