Türkiyənin Malatya bölgəsinin Yeşilyurt şəhərində 4,6 maqnitudalı zəlzələ baş verib.
İnterpress.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ ocağı 17,3 kilometr dərinlikdə yerləşib. AFAD-a itki və dağıntılar barədə məlumat daxil olmayıb.