Azərbaycanda müxtəlif sosial statusa sahib insanların hərtərəfli inkişafı üçün xidmətlər təklif edən “İnsun” Yaşam Mərkəzi məşhur Türkiyəli akademik, bioloq, nevroloq, tədqiqatçı və pedaqoqunu mərkəzin baş danışmanı seçib.
İnterpress.az xəbər verir ki, Yaşam Mərkəzi, fəaliyyətinin ilk addımlarını Sinan Canan ilə başlamağa qərar verib.
Yaşam Mərkəzinin direktoru Təhminə Cəfərova Sinan Canan ilə uzun bir yol hədəflədiklərini dilə gətirib.
“Bu hələ yolun başlanğıcıdır. Qarşıda bizi çox maraqlı layihələr və strateji addımlar gözləyir. Sinan bəylə əməkdaşlıq yaşam mərkəzinin fəaliyyətini yeni mərhələyə qaldıracağına inanırıq. Hədəflərimiz böyükdür. İlkin mərhələdə Sinan Canan və daxili komanda ilə birlikdə mərkəzin inkişafı, böyüməsi, müştəri məmnuniyyətinin yaradılması, hədəflərin təyin edilməsi və bu hədəflərə çatmaq üçün fəaliyyətlərin təşkili istiqamətində çalışacağıq. Növbəti mərhələdə isə yaşam mərkəzinin fəaliyyət sahəsinə uyğun olaraq psixologiya, kouçinq sahəsində Türkiyənin ən peşəkar, uğurlu və tanınmış simalarını Azərbaycana gətirilməsinin təmin etmək olacaq. Artıq bir neçə mütəxəssislər ilə danışıqlara başlamışıq.
Qeyd edək ki, “İnsun” Yaşam Mərkəzi hal-hazırda fəaliyyət göstərməsinə baxmayaraq, Noyabr ayında rəsmi açılış tədbirini həyata keçirməyi planlaşdırır. Tədbirdə yerli mütəxəssislər, şirkət və dövlət rəsmiləri ilə yanaşı Türkiyədən dəvət olunmuş qonaq və mütəxəssislər də iştirak edəcəklər.