Türkmənistan türk banklarının ölkədə filial açmasını istəyirbackend

Türkmənistan türk banklarının ölkədə filial açmasını istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistan Nazirlər Şurasının sədr müavini Batır Atdayev bildirib ki, Türkmənistan prezidenti türk sərmayəçilərinin fəaliyyətini maliyyə cəhətdən dəstəkləmək məqsədilə bu ölkədə türk banklarının filiallarının açılması məsələsinə baxılması təşəbbüsü ilə çıxış edib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Paytaxt Aşqabadda Ticarət Palatası və Sənaye Mərkəzində keçirilən Türkmənistan-Türkiyə Biznes Forumunda Türkmənistan Nazirlər Şurasının sədr müavini Batır Atdayev çıxış edib.

Türkmənistan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin çox zəngin olduğunu deyən Atdayev bu əlaqələrin iki ölkənin dövlət başçılarının səyləri nəticəsində yüksək səviyyəyə çatdığını bildirib.

Atdayev bildirib ki, oktyabrın 25-26-da Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov prezident Rəcəb Tayyib Ərdoğanla yüksək səviyyəli görüşlərlə “ikitərəfli münasibətlərin yeni mərhələyə keçdiyini” təsdiqləyib.

Atdayev bildirib ki, iki ölkənin nəqliyyat şirkətləri arasında mütəmadi işgüzar görüşlər qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasına geniş imkan yaradır.