Ukrayna hərbçiləri Donetsk istiqamətində irəliləyiblərbackend

Ukrayna hərbçiləri Donetsk istiqamətində irəliləyiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hərbçiləri işğal altındakı Donetsk vilayəti istiqamətində irəliləməyə nail olublar.

“İnterpress.az” UNIAN-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Volodimir Zelenski xidməti müşavirə zamanı deyib.

O, həmçinin bildirib ki, başqa planlar da var.

V.Zelensnki konkret olaraq hansı planlardan söhbət getdiyini açıqlamayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan etibarən əks-hücum əməliyyatları keçirir.