Ukrayna Silahlı Qüvvələrinin Moskvanın ilhaq etdiyi Krım yarımadasına endirdiyi zərbələr nəticəsində Rusiya ordusunun 23 hərbçisi ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Ölənlərdən 5-nin zabit olduğu bildirilib.
Həlak olanların sayının artacağı istisna deyil.
Ukrayna Silahlı Qüvvələrinin konkret olaraq hansı hədəfləri vurduğu açıqlanmayıb.