Ukraynanın Azərbaycandakı səfirliyi Bakıda mebel sexində baş vermiş yanğın nəticəsində insanların həyatını itirməsi ilə bağlı başsağlığı verib.
İnterpress.az xəbər verir ki, bu barədə səfirlik feysbuk səhifəsində paylaşım edib.
“Bakıda mebel sexində baş vermiş faciəli hadisə bizi çox kədərləndirdi. Həlak olanların yaxınlarına və doğmalarına başsağlığı verir, bütün yaralananların tezliklə sağalmasını diləyirik”, – paylaşımda qeyd edilib.
Xatırladaq ki, Bakıda mebel sexində baş vermiş partlayış və yanğın nəticəsində 7 nəfər ölüb, 24 nəfər yaralanıb.