Ukrayna və Rusiya arasında əsirlərin dördüncü mübadiləsi baş tutub.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk “Facebook” hesabında bildirib.
O qeyd edib ki, mübadilə nəticəsində 30 ukraynalı azad edilib.
Azad edilənlərdən 5-i zabit olmaqla 22-si hərbçi, 8 nəfər isə mülki şəxsdir.
Mülki şəxslərdən biri qadındır.