Ukraynada ŞOK SABOTAJ: Gürcüstan vətəndaşı HƏBS EDİLDİ – FOTObackend

Ukraynada ŞOK SABOTAJ: Gürcüstan vətəndaşı HƏBS EDİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada Rusiya xüsusi xidmət orqanlarına işləyən Gürcüstan vətəndaşı ifşa olunub.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.

Kiyevdə başqasının əmlakını qəsdən yandırmaqda şübhəli bilinən 24 yaşlı Gürcüstan vətəndaşı saxlanılıb.

İstintaq zamanı məlum olub ki, mart ayında qazanc ardınca ölkəyə gələn şəxs bu cinayətləri Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə törədib.

Qeyd olunur ki, saxlanılan şəxs xüsusi olaraq hərbi avtomobilləri hədəf almayıb.

O, özü mülki yolsuzluq avtomobillərinin (cip) üzərinə Ukrayna Silahlı Qüvvələrinin (USQ) simvolikasını yapışdırır, daha sonra isə onları “hərbi texnika” adı ilə yandırırmış.

Yanğın törədən şəxs kirayə yaşadığı mənzildə yaxalanıb. Onun mobil telefonunda Rusiya xüsusi xidmət orqanları ilə yazışmaları sübut edən dəlillər aşkar edilib.

Şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Onu 3 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hazırda saxlanılan şəxsin törətdiyi digər oxşar cinayət hadisələrində iştirakı araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az