Ukraynanın ABŞ-dəki yeni səfiri vəzifəsinə Pavel Palisanın namizədliyi nəzərdən keçirilir.
İnterpress.аz xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Ukrayna Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa ölkənin Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilə bilər.
Bu barədə rəsmi hökumət dairələrindəki etibarlı diplomatik mənbə məlumat sızdırıb.
Mənbənin bildirdiyinə görə, hazırda bu mühüm strateji diplomatik təyinatla bağlı rəsmi dairələrdə müzakirələr aparılır və qərarın yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.
Pavel Palisanın Vaşinqtona səfir təyin olunması ehtimalı Ukraynanın ABŞ ilə hərbi-siyasi və iqtisadi əməkdaşlığının daha da gücləndirilməsi, həmçinin diplomatik korpusda aparılan növbəti kadr islahatları kontekstində mühüm əhəmiyyət kəsb edir.
Xuraman Etibarlı
İnterpress.аz






