Uolt Disneyin ailə rançosu satışa çıxarıldı – FOTObackend

Uolt Disneyin ailə rançosu satışa çıxarıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Vayominq ştatında Uolt Disney ailəsinə məxsus olmuş ranço (Latın Amerikasında malikanə; ABŞ-ın cənubunda heyvandarlıq fermalarının adı – red.) satışa çıxarılıb.

Rançonun dəyəri 71 milyon dollar təşkil edib.

Bu barədə “The Wall Street Journal” yazıb.

“Hall and Hall” hüquq firmasının sözçüsü Cim Taylor malikanə barədə məlumat verərək bildirib ki, Yellouston Milli Parkından təxminən 23 mil (37 km) məsafədə yerləşən ranço 5 000 akra (2000 hektar) yaxın ərazini əhatə edir. O əlavə edib ki, ərazi üç tərəfdən dağ zirvələri ilə əhatə olunub.

 

Mənbə: TASS