Uqanda Ebola epidemiyasının sona çatdığını elan edibbackend

Uqanda Ebola epidemiyasının sona çatdığını elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uqandanın səhiyyə naziri Ceyn Asenq ölkədə son xəstə sağaldıqdan sonra 42 gün ərzində yeni yoluxma qeydə alınmaması ilə ölkədə Ebola epidemiyasının sona çatdığını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəhbəri tviterdə bildirib.

Daha əvvəl ÜST-nin rəhbəri Tedros Adanom Gebreyesus bildirmişdi ki, Uqandada Ebola epidemiyası yanvarın 11-ə kimi bitmiş elan edilə bilər.

Ötən il sentyabrın 20-də Uqandada Ebola epidemiyası başlayandan indiyədək bu virusdan 56 nəfər ölüb, 142 nəfər isə yoluxub. Ebolanın alovlanmasına onun nadir Sudan ştamı səbəb olub. Ebolanın bu ştamında ölüm nisbəti 41 %-dən 100 %-dək təşkil edir.

Dekabrın əvvəlində sonuncu yoluxmuş şəxs xəstəxanadan buraxılıb. Ümumdünya Səhiyyə Təşkilatının təlimatlarına əsasən, əgər son xəstə sağaldıqdan sonra 42 gün ərzində yeni yoluxma halı qeydə alınmasa, o ərazi Ebola epidemiyasından azad sayılır.