Uşaq bezlərində kif aşkarlanıb.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediasına “Roskaçestvo” məlumat verib.
“Joonies” uşaq bezlərində maya, kif və mayaya bənzər göbələklər aşkar edilib.
Bildirilir ki, onlar həmçinin su ekstraktında oksidləşə bilən üzvi maddələrin artdığını aşkar ediblər.
21 brenddən 19-da pH pozuntusu var: Bella baby happy, Pipitto, Senso, YokoSun, Sun and Moon, Samokat, Fisher-Price, Kasper, Predo Baby, Lovular, Elibell, Red Price, Moony, Huggies, Watashi, Merries, Pampers , Baby Go, Joonies.
Xuraman Etibarlı
İnterpress.az