Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus Qəzzada bombardmandan sağ çıxan uşaqların aclıqdan ölə biləcəyini deyib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Qebreyesus sosial şəbəkədə Qəzzada aclıq və buna görə uşaq ölümləri ilə bağlı paylaşım edib.
“Qəzzada bombardmandan sağ çıxan uşaqların aclıqdan ölə biləcəyini” ifadə edən Qebreyesus Qəzzaya daha çox humanitar yardımın çatdırılmasına icazə verilməsini istəyib. Qebreyesus da Qəzza üçün “atəşkəs” çağırışını təkrarlayıb.