ÜST rəhbəri vərəmə qarşı yeni vaksinlərin hazırlanmasını sürətləndirməyə çağırıbbackend

ÜST rəhbəri vərəmə qarşı yeni vaksinlərin hazırlanmasını sürətləndirməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünya ictimaiyyətini vərəmə qarşı yeni vaksinlərin hazırlanmasını sürətləndirməyə çağırıb.

“Report” xəbər verir ki, baş direktor bu barədə Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

ÜST rəhbəri xatırladıb ki, hazırda mövcud olan lisenziyalı vərəm peyvəndi 100 il əvvəl yaradılıb. Onun fikrincə, beynəlxalq ictimaiyyət pandemiyadan dərs almalıdır:

“BSJ peyvəndi ilə müqayisədə daha effektli peyvəndlər üzərində iş geridə qaldığı halda, koronavirusa qarşı peyvənd sürətlə əldə edilib. Hazırda 16 peyvənd üzərində iş gedir və bunu hökumətlər, biznes, elm və vətəndaş cəmiyyətinin iştirakı ilə sürətləndirmək olar.

Vərəm əleyhinə vaksinlərin hazırlanmasını sürətləndirmək üçün bir növ şura və ya başqa adda bir struktur yaratmaq təklifi var və bu, vaksinlərin hazırlanmasını sürətləndirə bilər. İndi ehtiyac duyulan şey vərəmə qarşı vaksinlərin hazırlanmasına dair yeni öhdəlik, təcililiyi dərk edərək real fəaliyyət və bunu edə biləcəyimizə inamdır”.