Varşavada brend çantalar oğurlayan Gürcüstan vətəndaşı tutulub.
İnterpress.az xəbər verir ki, məlumatı Polşa mətbuatı yayıb.
Onların məlumatına görə, hadisə bir neçə gün əvvəl baş verib və polis gürcünü oğurlanmış çantaları lombarda təhvil vermək istəyərkən yaxalayıb.
Məlum olub ki, 35 yaşlı kişi oğurladığı çantaları köynəyinin altında gizlədirmiş. Varşava rayon prokurorunun tələbi ilə məhkəmə Gürcüstan vətəndaşını təkrar hərəkətlər şərti ilə təxminən 2500 lari dəyərində əmlak oğurluğuna görə 3 ay müddətinə azadlıqdan məhrum edib.