Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaranan ildən, yəni 1998-ci ildən 2020-ci ilin noyabrına qədər 810 minə yaxın mina və partlamamış sursat aşkarlanıb.
“İnterpress.az” xəbər verir ki, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov “İşğaldan azad olunmuş ərazilərdə minaların və partlamamış hərbi sursatların yaratdığı problemlərə dair hesabatın hazırlanması və beynəlxalq ictimaiyyətə çatdırılması” adlı layihənin sona çatması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
“2020-ci il noyabrından bu ilin sentyabrın 1-nə qədər isə 95 318 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, 93 410 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib”, – o qeyd edib.