Vuçiç: “Bütün dünya aktiv şəkildə silah alır, sanki qiyamət günü yaxınlaşıb”backend

Vuçiç: “Bütün dünya aktiv şəkildə silah alır, sanki qiyamət günü yaxınlaşıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bütün dünya aktiv şəkildə silah alır, sanki qiyamət günü yaxınlaşıb”.

Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç xalqa müraciətində bildirib.

“Toyda sərxoşun pul atdığı kimi dünyada hamı silah alır. Hamı ciddi şəkildə silahlanır, sanki sabah qiyamət günüdür”, – Vuçiç bildirib.

Serbiya Prezidenti Belqradın silah satmağa və müdafiə sənayesindən pul qazanmağa davam edəcəyini bəyan edib:

“Biz icazə verilən ölkələrə silah satmışıq və satmağa da davam edəcəyik. Müharibədə görünəcəkmi – təbii ki, görünəcək, həmişə belədir. Amma biz bunu davam etdirəcəyik”.