Vüsal Quliyev: “Regionlarda qeyri-hökumət təşkilatlarının fəaliyyəti gücləndirilməlidir”backend

Vüsal Quliyev: “Regionlarda qeyri-hökumət təşkilatlarının fəaliyyəti gücləndirilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün ağsaqqallara, veteranlara dövlət tərəfindən çox böyük diqqət və qayğı göstərilir”.

İnterpress.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev Ağsaqqalların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunda çıxış edərkən deyib.

O, regionlarda qeyri-hökumət təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin zəruri olduğunu bildirib: “Bu gün cəmiyyətimizi narahat edən bəzi problemlər var. Qızların təhsili, narkomaniya ilə bağlı problemlər bizi narahat edir. Bu məsələlərlə bağlı da bu təşkilatların üzərinə müəyyən vəzifələr düşür”.

V.Quliyev vurğulayıb ki, rayonlarda yalnız rəhbər şəxslərdən ibarət təşkilatlar var: “Bunun səbəbinin nə ilə bağlı olduğunu bilmirəm. Biz istəyirik ki, bu təşkilatlar ofissiz, fəaliyyətsiz qalmasın. Regionlarda ictimai şuraların da fəaliyyəti bizi qane etmir. Bu məsələlərlə bağlı ciddi səylər göstərilir. İstəyirik ki, yerlərdə ictimai şuralar, veteran təşkilatları, ağsaqqallar ictimai nəzarətin həyata keçirilməsində fəallıq nümayiş etdirsin”.