Wi-Fi siqnalı ilə şəxsiyyəti müəyyən edən texnologiya İŞƏ SALINDI – FOTObackend

Wi-Fi siqnalı ilə şəxsiyyəti müəyyən edən texnologiya İŞƏ SALINDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Wi-Fi vasitəsilə insanları divar arxasından izləmək mümkün olub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Alimlər Wi-Fi dalğalarının insan bədənindən əks olunduğunu və şəxsiyyəti müəyyən etməyə imkan verdiyini sübut ediblər.

Məlumata görə, Karlsrue Texnologiya İnstitutunun (KIT) alimlərinin kəşfi əsasında insanları divarların arxasından Wi-Fi vasitəsilə izləməyə imkan verən işlək proqram təminatı hazırlanıb.

Bildirilir ki, Wi-Fi dalğaları insan bədənindən əks olunmaq xüsusiyyətinə malikdir. Məhz bu xüsusiyyət sayəsində maneələrin (divarların) arxasında olan insanın kimliyini müəyyən etmək və onun hərəkətlərini izləmək mümkünləşir.

Xuraman Etibarlı

İnterpress.az