Xaçmaz rayonunda naməlum kişi meyiti tapılıb.
“İnterpress.az” xəbər verir ki, meyit rayon ərazisində kafenin yaxınlığında aşkarlanıb.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.