Xalq artisti seriala çəkilir: “Leyli” obrazını canlandıracaq – FOTObackend

Xalq artisti seriala çəkilir: “Leyli” obrazını canlandıracaq – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Gülyanaq Məmmədova bu dəfə aktrisa kimi tamaşaçıların qarşısına çıxacaq.

Bu barədə Qaynarinfo-ya sənətçinin özü məlumat verib.

O bildirib ki, iki mövsüm davam edəcəyi gözlənilən “Burulğan” serialında “Leyli” obrazını canlandıracaq:“Gözəl bir ailə başçısı roluna dəvət almışam. İki seriyası artıq çəkilib. İndi Yeni il dəvətlər çox olduğuna görə çəkilişlərə ara verilib. Çəkiləşlər tamamlanandan sonra serialla bağlı işlər davam etdiriləcək. Serialın çəkilşləri Bakıda olacaq”.

Qeyd edək ki, serialda Gülyanaq Məmmədova ilə yanaşı, Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artistlər Münəvvər Əliyeva, Nazir Rüstəmov və başqa tanınmış aktyorlar da rol alıb.