Xarici səyyahların Qarabağa növbəti səfəri başlayıbbackend

Xarici səyyahların Qarabağa növbəti səfəri başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya miqyasında 4 böyük səyyah klubundan biri olan – MTP (Most Traveled People) səyahət klubunun rəhbəri də daxil olmaqla, 35 nəfərlik geniş heyətin bu gün Qarabağa səfəri başlayıb.

İnterpress.az xəbər verir ki, heyətə dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluğa düşmüş Çarlz Vili (Charles Veley) rəhbərlik edir, səfərə 13 ölkədən beynəlxalq səyahətçilər qatılıb. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digər ölkələrləri də var.