“Azərbaycanın xarici siyasəti mehriban qonşuluq, əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanır”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə tviter səhifəsində yazıb.
“Azərbaycan Albaniyada, İsraildə, Keniyada səfirliklər, habelə BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəlik və Fələstində Təmsilçilik Ofisi açmaqla diplomatik nümayəndəliklərinin sayını artırır”, – paylaşımda deyilir
Xatırladaq ki, dünən Milli Məclis Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasına razılıq verib.