Gürcüstanda kütləvi qanunsuz ağac kəsmə ilə əlaqədar Qori bələdiyyəsinin Aten kəndində xüsusi əməliyyat keçirilib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məlumata əsasən, əməliyyat zamanı 4 ailənin 8 üzvü həbs edilib, onlardan 6-sı qanunsuz ağac kəsməkdə, ikisi isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməkdə ittiham olunublar.
Xüsusi əməliyyat səhər saatlarında həyata keçirilib.
Ailə üzvləri polisin onlara qarşı güc tətbiq etdiyini və səlahiyyətlərini aşdığını deyirlər.
Bildirilir ki, saxlanılan şəxslər Xaşuri və Bakuriani təcridxanasına köçürülüblər.