2024-cü il yanvarın 1-dən Gürcüstana 2013-cü il də daxil olmaqla istehsal olunan yüngül avtomobillərin idxalı məhdudlaşdırılacaq.
İnterpress.az xəbər verir ki, bu qərarı iyulda ölkənin baş naziri elan edib.
İrakli Qaribaşvili daha sonra deyib: “Biz ölkədə avtomobillər üçün Avro 5 standartını tətbiq etmək qərarına gəldik. Praktikada bu, 2013-cü ildən əvvəl istehsal olunan avtomobillərin idxalının məhdudlaşdırılacağı deməkdir”.
O, həmçinin qeyd edib ki, katalizatorların ixracı qadağan olunacaq.
“Daha konkret izah etmək istərdim ki, qeyd olunan tarixlərdən etibarən “Avro 5” standartına uyğun olmayan avtomobil ölkədə dövlət qeydiyyatına alına bilməz. Təbii ki, qəbul edilən qərar ölkədə mövcud avtomobillərə, reeksport və tranzit məqsədilə daxil olan avtomobillərə şamil edilməyəcək”, – baş nazir iyunun 12-də bildirib.