Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir.
İnterpress.az-ın xəbərinə görə, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak edirlər.
İclasda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulur:
– Növbədənkənar Prezident seçkilərinə namizədin irəli sürülməsi;
– Seçkilərlə əlaqədar Qərargahın yaradılması;
– Prezidentliyə namizədin nümayəndələrinin seçilməsi;
– Təşkilati məsələlər.