Yaponiya Kaşivazaki-Kariva AES-in istismarına qoyulan qadağanı ləğv edibbackend

Yaponiya Kaşivazaki-Kariva AES-in istismarına qoyulan qadağanı ləğv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın şimal-qərbində yerləşən Kaşivazaki-Kariva Atom Elektrik Stansiyasının istismarına qoyulan qadağa aradan qaldırılıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Tokyo Electric Power (TEPCO) tərəfindən verilən açıqlamaya görə, istismardan çıxarılan Kaşivazaki-Kariva Atom Elektrik Stansiyası üçün yeni qərar qəbul edilib.

Açıqlamada, stansiyanın 2 ildən artıqdır həyata keçirilən “təhlükəsizlik” yoxlamasının başa çatdığı və Yaponiya Nüvə Tənzimləmə Təşkilatının (NRA) yekdilliklə fəaliyyət qadağasını ləğv etdiyi bildirilib.

Qubernatorluğun təsdiqi tələb olunur

Kaşivazaki-Kariva Atom Elektrik Stansiyasının yenidən işə düşməsi üçün Niiqata Prefekturasının Qubernatorluğu onu təsdiqləməlidir.

Niigata əyalətinin qubernatoru Hanazumi Hideyo vətəndaşların fikirlərini dinləyəcəklərini və buna uyğun qərar verəcəklərini açıqlayıb.

Elektrik stansiyasının 2021-ci ilin aprelində “ciddi təhlükəsizlik zəifliyi” səbəbiylə hasilatı qadağan edilib.

Yapon dənizinin (Şərq dənizi) sahilində yerləşən 7 reaktorlu kompleks istehsal gücünə görə dünyanın ən böyük elektrik stansiyalarından biri kimi tanınır.