PKK terror təşkilatı Yaponiya İctimai Təhlükəsizlik Kəşfiyyat İdarəsinin (PSIA) terror təşkilatları siyahısına daxil edilib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Yaponiyanın Ankaradakı səfirliyindən PSİA-nın beynəlxalq terror təşkilatları siyahısının yer aldığı internet saytının bir neçə gün əvvəl yeniləndiyi və daha əvvəl siyahıya alınmayan PKK-nın da siyahıya əlavə edildiyi bildirilib.
Açıqlamada “Yaponiya hökumətinin PKK-nı 2002-ci ildən etibarən aktivləri dondurulmalı olan terror və bənzər təşkilatlar sırasına daxil etdiyi və PKK-nın həyata keçirdiyi terror aktlarını pislədiyi” vurğulanıb.
“Yaponiya hökumətinin bu siyasətində heç bir dəyişiklik yoxdur”, – səfirliyin bəyanatında deyilir.
Terror təşkilatı PKK Yaponiya Ədliyyə Nazirliyinə bağlı PİA-nın daha əvvəl yenilədiyi “Əsas Beynəlxalq Terror Təşkilatları” siyahısına və “Ümumi Trendlər” cədvəlinə daxil edilməyib.
Əl-Qaidə, Boko Haram, Əl-Şəbab, İŞİD, Yaponiya Qırmızı Ordusu və Aum Şinrikyo kimi həm yerli, həm də beynəlxalq terror təşkilatlarının yer aldığı siyahıda PKK-nın yer almaması diqqət çəkib.
Mövzu ilə bağlı AA müxbirinin suallarını cavablandıran PİA rəsmisi, təşkilatın hazırkı “Terrorun Regional Vəziyyəti” kataloqunun Türkiyə bölməsində terror təşkilatları DEAŞ, PKK və Əl-Qaidə ilə bağlı keçmiş və cari məlumatların yer aldığını açıqlayıb.
PSIA-nın “Beynəlxalq Terrorun 2022 Vəziyyəti” cədvəlində 2022-ci ilin noyabrında PKK-nın İstanbulun İstiqlal küçəsində həyata keçirdiyi hücumun təfərrüatları da yer alıb.