Yaponiya Müdafiə Nazirliyinin ekspertlər paneli 2023-2027-ci maliyyə illərini əhatə edən 43 trilyon yen (290 milyard dollar) müdafiə xərclərinin planlaşdırılmasını “qeyri-kafi” adlandırıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Çinin Hind-Sakit okean regionunda artan nüfuzu, Rusiya-Ukrayna böhranı və Şimali Koreyanın raket təhdidləri qarşısında Yaponiya hökuməti milli müdafiə xərclərinin yenilənməsini müzakirə edir.
Ekspertlər qrupunun rəhbəri Sakakibara Sadayuki öz bəyanatında müdafiə xərclərinin planlaşdırılmasına artan xərclər və yenin xarici valyutaya nisbətdə dəyər itirməsinin mənfi təsir göstərəcəyini müdafiə edib.
2023-2027-ci illərdə 43 trilyon yen müdafiə xərclərini “qeyri-kafi” olaraq xarakterizə edən Sakakibara hökumətin bu limitə diqqət yetirməsi lazım olduğunu da bildirib:
“Biz (planlaşdırmada) təftişləri tabu etməməliyik; reallığa, ictimai yükə və xüsusi maliyyə resurslarına əsaslanan vicdanlı müzakirələr aparmalıyıq”.
Baş nazir Kişida Fumio parlament iclasında müdafiə avadanlıqlarının qiymətlərinin artmasına və yenin ucuzlaşmasına baxmayaraq, xərcləmə planının həcmini saxlamağı hədəflədiklərini bildirib.
2021-ci ildə ümumi daxili məhsulunun (ÜDM) 1,2 faizini müdafiə xərclərinə ayıran Yaponiya 2027-ci ildə ÜDM-in 2 faizini bu xərclərə ayırmağı hədəfləyir.