Bakının Yasamal rayonunun Mirəli Seyidov küçəsi, 1 ünvanında bir neçə ağac kəsilib.
Bu barədə İnterpress.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.
Bildirilib ki, faktla bağlı akt tərtib olunub və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.