Yeməkləri plastik qablarda qızdırmaq ürək üçün zərərlidir – ARAŞDIRMAbackend

Yeməkləri plastik qablarda qızdırmaq ürək üçün zərərlidir – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeməkləri plastik qablarda qızdırmaq ürək üçün zərərlidir.

İnterpress.az xəbər verir ki, bununla bağlı Çinin Ningxia Tibb Universitetinin tədqiqatçıları araşdırma aparıb.

Aparılan araşdırma nəticəsində məlum olub ki, qızdırılan zaman belə qablardakı plastik bağırsaq mikroflorasının fəaliyyətinə mane olan, iltihabi prosesləri işə salan və ürək-damar xəstəlikləri riskini artıra bilən maddələr buraxır.

Yeməkləri qida qablarında mikrodalğalı sobada qızdırdıqda, 1 sm qablaşdırma üçün 4,2 mm-ə qədər mikroplastik qidaya daxil olur.

Həmçinin bağırsaq mikrobiomunu poza bilən və ürək toxumasının iltihabına və zədələnməsinə səbəb ola bilən təhlükəli kimyəvi birləşmələr yeməyin tərkibinə nüfuz edir.

Xuraman Etibarlı

İnterpress.az