“Yeni Klinika”nın direktorunun həbsinə etiraz: “Tibbi kadra indi ehtiyacımız daha çoxdur”backend

“Yeni Klinika”nın direktorunun həbsinə etiraz: “Tibbi kadra indi ehtiyacımız daha çoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ədalətsiz məhkəmə qərarına etiraz edir və  Pərviz Abbasova  azadlıq tələb edirəm”.

İnterpress.az xəbər verir ki, bunu  “Yeni Klinika”nın direktoru Pərviz Abbasovun  8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə münasibət bildirən iqtisadçı Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, Pərviz Abbasovun azadlığa buraxılması doğru addım olardı:

“Koronavirusa yoluxanlardan  rüşvət almaqda suçlanan Pərviz Abbasov bu ittihamın yalan olduğunu deyib, məhkəmə prosesində ittiham tərəfi ona qarşı heç bir sübut  və dəlil təqdim edə bilməyib.  Pərviz Abbasov gənc yaşlarında tibb elmləri doktoru adını qazanıb. Qısa zamanda əldə etdiyi elmi nailiyyətlərə görə beynəlxalq, Avropa və Türkiyənin məşhur tibb dərnəklərinin və birliklərinə üzv olub. Bir alimin və peşəkar cərrahın şərlənərək  ağır həbs cəzasına məhkum edilməsinə elm adamı olaraq etinasız qala bilmirəm. Çünki onun kimi kadrın yetişdirilməsinə on illərlə zaman, milyonlarla vəsait lazımdır və elə bir tibbi kadra indi ehtiyacımız daha çoxdur. Ədalətsiz məhkəmə qərarına etiraz edir və  Pərviz Abbasova  azadlıq tələb edirəm.

Bununla mən iddia etmirəm ki,  koronavirusa yoluxanlardan  rüşvət almırlar, amma bildiyim qədər “Yeni Klinika” bu sırada ən axırdakılardan sayıla bilər”.

Gülşən