Yer aralandı çuxura düşdü: İslandiyada itkin düşən şəxs axtarılırbackend

Yer aralandı çuxura düşdü: İslandiyada itkin düşən şəxs axtarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslandiyada fəhlə zəlzələ və vulkan püskürməsi nəticəsində yaranan nəhəng çata yıxıldıqdan sonra itkin düşüb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Hadisə baş verən gündən onun axtarışlarına başlanılıb.

Yerli KİV-in məlumatına görə, itkin düşən şəxs çərşənbə günü qəzaya uğrayarkən balıqçı şəhəri Qrindavikdə zəlzələlər və vulkanik fəaliyyət nəticəsində yaranan çatları doldurmaq üçün işləyirdi.

Torpaq sürüşməsi nəticəsində əraziyə tonlarla daş töküldükdən sonra yüzlərlə xilasedicinin cəlb olunduğu axtarış işləri cümə axşamı gecə saatlarında dayandırılmalı olub.