Yevlaxda ər arvadını qətlə yetirib, özü isə intihara cəhd edibbackend

Yevlaxda ər arvadını qətlə yetirib, özü isə intihara cəhd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlax rayonunda kişi həyat yoldaşını ürəyindən bıçaqlayaraq qətlə yetirib, daha sonra özünə odlu silahdan atəş açaraq intihara cəhd edib.

“İnterpress.az” xəbər verir ki, hadisə rayonun Tanrıqullar kəndində qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini olan, 1963-cü il təvəllüdlü Zinyət Əyyüb qızı Zamanova 2 bıçaq xəsarəti ilə qətlə yetirilib. Bıçaq zərbələrindən biri onun ürək nahiyəsinə dəyib.

İntihara cəhd edən kişi ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.