Yuxunun olmaması kilo almağa və immunitetin zəifləməsinə səbəb ola bilər.
İnterpress.az xəbər verir ki, bu barədə həkim Olqa Korxova məlumat verib.
Yuxunun olmaması orqanizmdə hormonal tarazlığı pozur.
Bu da aclığın artmasına və toxluq hissinin azalmasına səbəb olur ki, nəticədə həddindən artıq yeməyə gətirib çıxarır.
Üstəlik, yuxunun olmaması bədənin qoruyucu funksiyalarını azaldır və əsəbilik, pis əhval-ruhiyyə, xroniki yorğunluq, narahatlıq, depressiya və digər psixi pozğunluqlara səbəb ola bilər.
Xuraman Etibarlı
İnterpress.az