Zambiyada vəba epidemiyasına qarşı peyvənd kampaniyasıbackend

Zambiyada vəba epidemiyasına qarşı peyvənd kampaniyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zambiyada 400-ə yaxın adamın həyatını itirdiyi vəba epidemiyasına qarşı peyvənd kampaniyasının başladığı məlum olub.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, vəba epidemiyası ilə mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) göndərdiyi ağızdan vəba peyvəndi ilə ölkədə epidemiyaya qarşı peyvənd kampaniyası başladılıb.

Səhiyyə naziri Silvia Masebo kampaniyanın açılışında verdiyi açıqlamada vəba epidemiyasının intensiv olduğu bölgələrdə insanların peyvənd edilməsinin prioritet olduğunu bildirib.

Vəba hallarının getdikcə azaldığını və bunun yaxşı əlamət olduğunu bildirən Masebo insanları evdə müalicəni dayandırmağa və təcili olaraq xəstəxanaya aparmağa çağırıb.

Masebo, Lusakada son 24 saatda 23 ölüm hadisəsinin qeydə alındığını, bunların əksəriyyətinin 5 yaşdan kiçik uşaqlar və qocalar olduğunu bildirib.

Zambiyada 2023-cü ilin oktyabr ayından bəri vəba epidemiyası səbəbindən 400-ə yaxın insan həyatını itirib.