Zaxarova: “Moskva və Bakı biotəhlükəsizlik məsələlərilə bağlı təmasdadır”backend

Zaxarova: “Moskva və Bakı biotəhlükəsizlik məsələlərilə bağlı təmasdadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Azərbaycan arasında münasibətlərin müttəfiqlik xarakterini və tarixən yaradılmış ümumi biotəhlükəsizlik məkanını nəzərə alaraq, Rusiya Federasiyası Azərbaycan tərəfdən gələn istənilən siqnala çox diqqətlə yanaşır.

İnterpress.az xəbər verir ki, bunu  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“Biz bununla bağlı gələn istənilən siqnala çox diqqətlə yanaşırıq və onları Bakı ilə inkişaf etdirdiyimiz tərəfdaşlıq dialoqu çərçivəsində nəzərdən keçirməyə hazırıq”, – Zaxarova bildirib.

Qeyd edək ki, aprelin əvvəlində Nyu-Yorkda Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurası çərçivəsində dünyanın müxtəlif regionlarında hərbi bioloji fəaliyyətlərin beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlərə dair dinləmələr keçirməyə təşəbbüs edib və bu dinləmələr zamanı ABŞ-ın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda bioloji laboratoriyalarının mövcudluğunu bəyan edib.

Zaxarovanın sözlərinə görə, Təhlükəsizlik Şurasındakı görüş Arria formulu üzrə qeyri-rəsmi olub. O, yaranmış vəziyyəti belə izah edib:

“Bu, başa düşmək üçün vacib bir nüansdır. Mən də bu şərhi qəbul edə bilmirəm. Milli biolaboratoriyaların olması öz-özlüyündə qınanılası bir şey deyil. Çünki öz səhiyyə sistemi olan istənilən ölkədə biolaboratoriyalar var. Məsələ burasındadındır ki, kim, necə və hansı məqsədlərlə, yəni nə dərəcədə aydın və şəffaf, hansı qanunvericilik əsasında orada öz işlərini həyata keçirir. Biz təkcə orada deyil, Ukraynada bioloji laboratoriyalar məsələsini qaldıranda dedik ki, bioloji laboratoriyalar bu ölkə ilə həmsərhəd olmayan başqa dövlətin nəzarətindədir. Biotəhlükəsizlik məsələsi kritik əhəmiyyət kəsb edir”, deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi yekunlaşdırıb.(report)