Şəkidə yaşayış evi yanıbbackend

Şəkidə yaşayış evi yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanğın rayonun Baş Göynük kəndində Musa Şabəddinova məxsus, ümumi sahəsi 380 kv. m olan ikimərtəbəli 8 otaqlı evdə baş verib.

Hadisə yerinə FHN-in Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 180 kv. m sahədə, 2-ci mərtəbədə olan 4 otağın yanar konstruksiyaları və ev əşyaları yanaraq yararsız hala düşüb. Evin birinci mərtəbəsində olan otaqlar yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-in Şəki rayon DYMH-də araşdırma aparılır. ( apa )

İnterpress.az